Dördüncü dəfə çempion oldu

İDMAN 24 may 2025, 09:10
İtaliya A seriyasında 2024/25 mövsümünün çempionu müəyyənləşib. 

Demokrat.az  xəbər verir ki, qızıl medalların sahibi son turda bəlli olub. 

38-ci turda lider “Napoli” öz meydanında “Kalyari” ilə qarşılaşıb. Rəqibini 2:0 hesabı ilə məğlub edən Neapol təmsilçisi çempionluğu təmin edib. 

Beləliklə, “Napoli” 82 xalla çempion, “İnter” 81 xalla ikinci olub. Bu, Neapol təmsilçisinin tarixində dördüncü çempionluqdur. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top