Sevindik Hətəmov Hacıqabulun Balıqçı qəsəbəsində səyyar görüş keçirdi — FOTOLAR

SİYASƏT 22 may 2025, 12:27
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq səyyar qəbul-görüşlərin keçirilmə məqsədi sakinlərin problemlərini dinləmək və həll edilməsini təmin etməkdir.

Demokrat.az
xəbər verir ki, bununla əlaqədar olaraq, təsdiq olunmuş səyyar qəbul-görüş qrafikinə əsasən, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yerlərdə görüşlər keçirir, müraciət edən vətəndaşların təklif və problemlərini dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verir.

22 may 2025-ci il tarixdə Hacıqabul şəhərinin Balıqçı qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Səyyar qəbul-görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, aparatın məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri və sakinlər iştirak etdilər.

Qəbul zamanı sakinlərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov qəbulda iştirak edən sakinləri dinləyərək onların qaldırdıqları problemlərin həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. Rayon İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlərin müvafiq qurumlara göndərilməsi nəzərdə tutulub.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 may 2025, 16:59
Top