Ardıcıl 4 gün iş olmayacaq — TARİXLƏR

GÜNDƏM 22 may 2025, 11:40
Azərbaycanda ardıcıl 4 gün qeyri-iş günü olacaq.

Demokrat.az xəbər verir ki, 6, 7, 8 və 9 iyun tarixlərində iş olmayacaq.

Belə ki, 6 və 7 iyun Qurban bayramına təsadüf edir. 8 iyun isə bazar günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin qərarına əsasən, beşgünlük iş həftəsində şənbə günü bayrama təsadüf etdikdə növbəti bazar ertəsi, yəni 9 iyun da istirahət günü hesab olunur.

Beləliklə, 6-9 iyun tarixləri istirahət günüdür. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top