Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı deyib ki, Azərbaycanda Ailə mədəniyyəti telekanalı olmalıdır.
Demokrat.az-a açıqlamasında əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli deyib ki, bu gün Azərbaycanda ailə dəyərlərinin qorunması, ailənin bir institut və milli-mənəvi dəyər kimi yaşadılması, onun əsrlər boyu formalaşmış qayda və prinsiplərinin saxlanılması olduqca vacib və önəmli bir məsələdir:
“Ailə cəmiyyətin təməlidir və onun sağlam olması bütövlükdə cəmiyyətin rifahına, gələcək nəsillərin tərbiyəsinə birbaşa təsir göstərir. Düşünürəm ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə müəyyən işlər görür və bu mövzular müxtəlif platformalarda müzakirə olunur. Xüsusilə də televiziya verilişlərində ailə ilə bağlı problemlərə tez-tez toxunulur. Bu verilişlərdə bəzən çox dəyərli və maarifləndirici fikirlər səslənsə də, bəzən də ailə məfhumuna zidd olan, hətta lüzumsuz müzakirələr aparılır ki, bu da ictimai zövqə və ailə institutuna mənfi təsir edə bilər. Eyni zamanda sosial şəbəkələrdə də ailə dəyərləri ilə bağlı müzakirələr geniş yer alır. Amma bütün bunlara baxmayaraq, hesab edirəm ki, hazırda Azərbaycanda xüsusi olaraq “ailə mədəniyyəti” mövzusuna həsr olunmuş ayrıca bir televiziya kanalına ehtiyac yoxdur. Bunun əvəzinə mövcud televiziya kanallarında müəyyən saatlarda, həftəlik verilişlər şəklində bu məsələlərə diqqət ayrılması kifayətdir. Əsas odur ki, bu mövzular peşəkar səviyyədə, cəmiyyətin mənəvi dəyərlərinə uyğun şəkildə işıqlandırılsın. Yəni məqsəd ailə institutunun zəruriliyini vurğulamaq, ailə üzvləri arasında münasibətləri gücləndirmək və sağlam ailə modelini təşviq etməkdirsə, bunun üçün mövcud mediada resurslardan istifadə etməklə effektiv nəticələr əldə etmək mümkündür. Bu sahədə daha çox maarifləndirmə, mütəxəssislərin iştirakı və düzgün yönləndirmə daha faydalı ola bilər”.
Leyla Turan
Demokrat.az