Azərbaycanda avtomobil bazarında kəskin ucuzlaşma

AVTO 22 may 2025, 15:13
Azərbaycanda hibrid avtomobillərə maraq artmaqdadır.
 
Dövlət Gömrük Komitəsinin məlumatına görə, təkcə 2025-ci ilin aprel ayında ölkəyə 9 868 ədəd minik avtomobili gətirilib ki, bunun da 43 faizi və ya 4 216-sı hibrid mühərrikli olub. Bu da 2024-cü ilin müvafiq ayı ilə müqayisədə 2.8 dəfə çoxdur.
 
Demokrat.az xəbər verir ki, avtomobil ticarəti ilə məşğul olan Eldar Əliyev Baku TV-yə açıqlamasında belə avtomobillərin ölkəyə daha aşağı qiymətə gətirildiyini deyir. Həmçinin, idxalçıların sayının çox olması satış qiymətlərinin artmasına imkan vermir.
 
Qiymətlərin azalması rəsmi göstəricilərdə də öz əksini tapır. Əgər 2024-cü ilin aprel ayında ölkəyə idxal edilən hibrid mühərrikli bir avtomobilin orta qiyməti 29 272 ABŞ dolları idisə, 2025-cü ilin eyni ayında bu göstərici 28.7 faiz azalaraq 20 875 dollar təşkil edib.
 
Hibrid avtomobillərin qiymətlərinin aşağı olmasının daha bir səbəbi onlara vergi və gömrük güzəştlərinin tətbiq edilməsidir. 2026-cı ilin yanvarın 1-dək istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı əlavə dəyər vergisindən azaddır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 may 2025, 16:59
Top