Xaricdən ölkəmizə gətirilən saxta avtomobil ehtiyyat hissələri ilə bağlı AÇIQLADI

AVTO 30 aprel 2025, 14:12
"Xaricdən gətirilən avtomobil ehtiyyat hissələrinin saxtalığından söhbət gedə bilməz. Məhsulların hansı ölkədən və firmadan sifariş edilməsinə baxmaq lazımdır. Bilavasitə həmin markanın özünə məxsus olan ehtiyat hissələrini istehsal edən zavodlar var. Həmin zavodlardan gətirilən hissələr orijinal olur".

Bu sözləri Demokrat.az-a açıqlamasında elektromobil üzrə mütəxəssis İlkin Mustafayev deyib. 

Ekspert bildirib ki, digər variant isə fərqli şirkətlərin zavodlarının istehsal etdiyi hissələrin alışıdır:

"Həmin fabriklərdə istehsal olunan ehtiyyat hissələrinə saxta demək olmaz. Onlar sadəcə orijinal olmayan məhsullardır, saxta deyil. Çindən, fərqli ölkələrdən belə hissələr gətirilə bilər. Məsələn, Almaniyada da istənilən marka üçün hissə istehsal edən zavodlar var. Almaniya bu məhsulları ixrac da edir, yerli bazarda da satır. Məhsullar üzərində istehsal olunduğu firmanın adı qeyd olunur. Tutalım, sizə "Hyundai" markalı məhsul lazımdır. Məhsulun üzərində "Hyundai"  loqosu və ya əməkdaşlıq etdiyi  firmanın adı qeyd edilir. Bu halda məhsul orijinal hesab edilir. Başqa firmalardan gələn məhsullar isə saxta sayılmır".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top