Həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişikliklərin edilməsi təklif olunur. Bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.
Hüquqşünas Ramil Süleymanov Demokrat.az-a deyib ki, bir çox inkişaf etmiş ölkələrdə ailə institutunun möhkəmləndirilməsi məqsədilə analıq məzuniyyəti ilə yanaşı atalıq məzuniyyəti də qanunvericilikdə öz əksini tapıb:
“Bu, yalnız qadının deyil, kişinin də valideynlik prosesinə bərabər şəkildə cəlb olunmasına, ailə daxilində məsuliyyətin paylaşılmasına xidmət edir. Hazırda ölkəmizdə bu istiqamətdə müvafiq hüquqi mexanizm tam şəkildə tətbiq olunmayıb. Qanunvericiliyə nəzərdə tutulan dəyişiklikdə atalara 14 gün müddətində ödənişsiz məzuniyyət verilməsi təklif olunur. Lakin bu yanaşma kifayət qədər ədalətli hesab oluna bilməz, çünki atalıq məzuniyyətinin ödənişsiz olması onun effektivliyini və sosial faydasını azaldır. Bu, həm də gender bərabərliyinə uyğun gəlmir və dolayısıyla atalıq rolunun kiçildilməsinə səbəb ola bilər”.
Hüquqşünas əlavə edib ki, atalıq məzuniyyəti ödənişli əsaslarla təqdim olunmalı və bu məzuniyyət dövründə kişilər işlədikləri müəssisələrdən əməkhaqqı almalıdırlar:
“Müəssisələr isə bu vəsaitləri sosial müdafiə fondlarına ödədikləri rüblük hesabatlar vasitəsilə balanslaşdıra bilərlər. Bu, bir tərəfdən sosial ədaləti təmin edər, digər tərəfdən isə gənc ailələrə real dəstək mexanizminin qurulmasına töhfə verər. Belə bir praktikanın tətbiqi ailə münasibətlərinin möhkəmlənməsinə, uşaqların ilk günlərdən hər iki valideynin diqqətini hiss etməsinə şərait yaradacaq. Bu səbəbdən atalıq məzuniyyətinin qanunvericilikdə ödənişli əsaslarla təsbit olunması vacib və zamanın tələbinə uyğun bir addım olardı”.
Leyla Turan
Demorat.az