Ceyhun Bayramov BƏƏ-li həmkarı ilə telefonla danışıb

XARİCİ SİYASƏT 22 may 2025, 08:49
Ceyhun Bayramovla BƏƏ-li həmkarı arasında telefon danışığı olub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı aparılıb.

Bu barədə Demokrat.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Danışıq zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 may 2025, 13:17
Top