Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib.
Demokrat.az xəbər verir ki, müraciətdə deyilir:
“Uşaqların yollarda nəzarətsiz hərəkəti - bir anlıq ehtiyatsızlıq, bir ömürlük peşmanlığa səbəb ola bilər. Hər bir valideyn bilməlidir ki, uşaqlar yol hərəkəti qaydalarını mənimsəmədən və yol təhlükələrini dərk etmədən onları küçəyə tək buraxmaq – həyatlarını riskə atmaqdır.
Təhlükəsizlik yalnız yol nişanları ilə yox, həm də valideyn məsuliyyəti ilə təmin olunur.
Uşaqlara qaydaları sadəcə izah etməklə kifayətlənməyin - onlarla birgə yola çıxın, nümunə olun, təhlükəsiz davranış vərdişlərini gündəlik həyatın bir hissəsinə çevirin.
Unutmayın, təhlükəsizlik ailədən başlayır. Valideynin səhlənkarlığı - uşağın həyatı üçün bəzən geri dönüşü olmayan nəticələr doğura bilər. İzah edin. Nümunə olun. Qoruyun”.
Qeyd edək ki, ötən gün metronun “Əhmədli” stansiyasının yaxınlığında azyaşlı piyadalar üçün nəzərdə tutulmayan yerdə yolu keçmək istəyib və qəfildən sürücünün qarşısına çıxıb.