Novruz bayramının TDT çərçivəsində qeyd edilməsi barədə Katibliyə tapşırıq verilib

XARİCİ SİYASƏT 21 may 2025, 16:33
Novruz bayramının TDT çərçivəsində qeyd edilməsi barədə Katibliyə tapşırıq verilib.

Demokrat.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamədə qeyd olunub.

“Mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək, Türk mədəniyyətinin dərin zənginliyini və Türk xalqlarının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək əzmi bir daha vurğulanır, Azərbaycanın və TDT-yə üzv dövlətlərin, həmçinin Türkiyə Prezidentinin təşəbbüsü ilə Novruz bayramının Təşkilat çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilir”, - qeyd edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 21:57
Top