Qohum nikaları ilə bağlı qadağa nəticə verməsə... — Parlamentdə qızğın müzakirələr (VİDEO)

GÜNDƏM 21 may 2025, 23:52

Qohum evlilikləri ilə bağlı qadağa bu il iyulun 1-də qüvvəyə minəcək.

Xezerxeber.az xəbər verir ki, bu fikirlər parlamentdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatının müzakirəsi zamanı bildirilib.

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib ki, qadağa nəticə verməsə, cəzalar daha da sərtləşdirilməlidir.

O da bildirilib ki, ötən il ərzində Uşaq Qaynar Xətt xidmətinə 816 zorakılıq halı ilə bağlı müraciət daxil olub. Ötən il  1 228 qadın məişət zorakılığı cinayətindən zərər çəkib. Qadınlara qarşı cinayət törədən 2 745 nəfər məsuliyyətə cəlb olunub.

"Gender bərabərliyinin təminatları haqqında" qanuna dəyişiklik layihəsi hazırlanib və  plenar iclasa tövsiyə olunub.

Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir. 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 21:57
Top