Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın 7 rayonunu ələ keçirmək üçün Rusiya silahlarından istifadə edib.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında Azərbaycana silah tədarükü ilə bağlı suala cavabında bildirib.
"Mozambik bayrağının üzərində əslində Kalaşnikov avtomatı var. Amma bu o demək deyil ki, Rusiya silahları bütün dünyada hamıya uyğun prinsiplər əsasında istifadə olunur", - Lavrov bildirib.
Onun sözlərinə görə, “2020-ci il üçtərəfli sənədində Dağlıq Qarabağın statusu ilə bağlı centlmen razılaşması əldə olunsa da, Praqadakı bəyanatda “hər şeyin üstündən xətt çəkilib”. Lavrov həmçinin bildirib ki, Rusiya Ermənistana silah tədarükü ilə bağlı bütün öhdəliklərini vaxtında yerinə yetirə bilməz, lakin bir sıra sistemlər artıq çatdırılıb”. (savashmedia.az)