İran Rusiya ilə Strateji Tərəfdaşlıq Sazişi haqqında qanun layihəsini təsdiqləyib

DÜNYA 21 may 2025, 19:03
İran Parlamenti Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi haqqında qanun layihəsini təsdiqləyib. 

Demokrat.az xəbər verir ki, bu barədə İranın İRNA xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, səsvermədə iştirak edən 212 deputatdan 191-i lehinə, 8-i əleyhinə səs verib, üçü isə bitərəf qalıb.

Müqavilənin İranda qüvvəyə minməsi üçün onun konstitusiya və şəriət qanunlarına uyğunluğu İslam Respublikası Konstitusiyasının Mühafizə Şurası tərəfindən yoxlanılmalıdır. 



Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top