Sərxoş şəxsin söykəndiyi işıq dirəyi qadının üzərinə aşdı — VİDEO

DÜNYA 22 may 2025, 00:27

Sərxoş şəxsin söykəndiyi işıq dirəyi qadının üzərinə aşıb. 

Avtosfer.az xəbər verir ki, Polşada baş verən hadisənin görüntüləri ətrafda yerləşən təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda yaşlı qadının yolun hərəkət hissəsi ilə irəlilədiyi və bu zaman sərxoş olduğu deyilən bir şəxsin işıq dirəyinə əli ilə söykəndiyi görülür. Bir müddət sonra isə işıq dirəyi yolun hərəkət hissəsi ilə hərəkət edən yaşlı qadının üzərinə aşır.

Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində qadın müxtəlif xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Sözügedən insidentin videosunu təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 may 2025, 21:57
Top