Rusiya prezidentinin müşaviri Anton Kobyakov Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunda Sovet İttifaqının dağılmadığını deyib.
Demokrat.az xəbər verir ki, Kobyakov SSRİ-nin buraxılması zamanı hüquqi prosedurların pozulduğunu iddia edib.
"Yəni SSRİ hələ də mövcuddur. SSRİ Xalq Deputatları Konqresinin qərarı ilə yaradılıb, ona görə də həmin qurumun qərarı ilə buraxılmalı idi. Bundan əlavə, ittifaq respublikalarının Ali Sovetlərinin Belovej sazişlərini ratifikasiya etmək səlahiyyətinə malik deyildilər. Əgər hüquqi prosedur pozulubsa, onda belə çıxır ki, qanuni olaraq SSRİ mövcuddur. Bunu konstitusiya hüququ ekspertləri deyir. SSRİ dağılmayıbsa, hüquqi nöqteyi-nəzərdən belə çıxır ki, Ukrayna böhranı daxili prosesdir", - Putinin müşaviri bildirib.
Kobyakov əlavə edib ki, SSRİ-nin dağılmasına konstitusiya hüququ mütəxəssisləri hüquqi qiymət verməlidir.
Onun fikrincə belə bir qiymətləndirmə, "bugünkü hadisələri anlamağa kömək edəcək". (savashmedia.az)