Kürdən Aytacla yanaşı daha 2 nəfərin meyiti TAPILDI

KRİMİNAL 15 may 2025, 14:00
Xəbər verdiyimiz kimi, Gürcüstanda aprelin əvvəlindən itkin düşən həmyerlimiz Aytac Məmmədovanın meyiti Tbilisidə Kür çayına düşən avtomobilin içərisindən tapılıb.

Bizim.Media xəbər verir ki, “qafqazinfo.az”ın “Rustavi 2” telekanalına istinadən məlumatına görə, xilasedicilər axtarış əməliyyatı zamanı Kürdən daha 2 nəfərin meyitini aşkar edərək çıxarıb.

Bildirilib ki, həmin iki nəfər dünən Kürə düşən maşının içərisindən çıxarılıb. Hadisə zamanı avtomobildə 4 nəfər olub, onlardan biri özünü ataraq xilas ola bilib.

Hazırda digər bir şəxsin axtarışları davam etdirilir.

Qeyd olunub ki, axtarış zamanı çaya düşən avtomobil də tapılıb. Axtarış əməliyyatı üçün isə Kürdə suyun səviyyəsinin endirildiyi də vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top