Hüseyn axtarışa verilməsindən danışdı

DÜNYA 14 may 2025, 22:36
Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov axtarışa verilməsi ilə bağlı yayılan elana münasibət bildirib.

Demokrat.az xəbər verir ki, o bu haqda instaqram hesabında açıqlama verib.

Hüseyn vergi borcunun olmadığını deyib:

“Bəli, yüksək səslənir – “qiyabi həbs”, amma əslində hər şey o qədər də dramatik deyil. Keçən il bütün vergi məsələləri bağlanmışdı”.

O əlavə edib ki, artıq vəkilləri məsələ ilə bağlı işləyirlər.

Xatırladaq ki, H. Həsənov Rusiya Cinayət Məcəlləsinin 174-cü maddəsinin 4-cü hissəsinə əsasən - xüsusilə külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulmasında ittiham olunur.

Çirkli pulların yuyulması ittihamı ilə axtarışa verilən Hüseyn barəsində qiyabi həbs qərarı verilib. Onu yeddi ilə qədər həbs gözləyir. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top