Tramp Suriya prezidentinə müraciət etdi

DÜNYA 14 may 2025, 21:53
ABŞ prezidenti Donald Tramp Ər-Riyaddakı görüş zamanı Suriya lideri Əhməd Əl-Şaraanı İsraillə sülh razılaşmasına qoşulmağa çağırıb.

Demokrat.az
xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat verir. 

ABŞ və Suriya prezidentlərinin videobağlantı vasitəsilə görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. 

O, Dəməşqə qarşı sanksiyaları ləğv etdiyinə görə Trampa təşəkkür edib. 

Ağ Ev rəhbəri vurğulayıb ki, Əl-Şaraa İsraillə sülh sazişi imzalamaqla Suriya ərazisindən əcnəbi yaraqlıların və fələstinli radikalların çıxarılmasına kömək edə bilər. 

Yeni sazişlər İsrail, Bəhreyn və BƏƏ arasında münasibətləri normallaşdırmaq üçün 2020-ci ildə bağlanmış sənəddir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top