Azərbaycan - Ukrayna oyunu bu arenada keçiriləcək

İDMAN 14 may 2025, 21:20
Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi ev oyununun yeri və başlama vaxtı müəyyənləşib.

Demokrat.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

D qrupunun 2-ci turu çərçivəsində sentyabrın 9-da Bakıda təşkil olunacaq görüş Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq. Matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbacan millisi seçmə mərhələdə Ukrayna ilə yanaşı, Fransa və İslandiyaya da qarşı mübarizə aparacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top