Çin lideri Putinə xüsusi ismarıc göndərdi — Təyyarələr İstanbula uçuşa hazırdır

DÜNYA 14 may 2025, 19:20
Braziliya Prezidenti Lula da Silva Çin Xalq Respublikası Sədri Si Cinpinin Vladimir Putinə ünvanladığı xüsusi ismarıcı çatdırıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici mətbuat yazıb.

Məlumata görə, Çin Rusiya ilə Ukrayna arasında “Avropa formulu” əsasında atəşkəsi dəstəkləyir və Aİ-nin mövqeyinin nəzərə alınmasını tələb edir, eyni zamanda Moskvanı Donald Trampla yaxınlaşmaqdan çəkindirməyə çalışır.

Pekin tez bir zamanda atəşkəsin elan olunmasını və Putinin ABŞ-ın keçmiş prezidenti ilə şəxsi görüşdən imtina etməsini gözləyir.

Bu arada, Gulagu.net layihəsinin məlumatına görə, dörd təyyarə — iki sərnişin, iki yük təyyarəsi — “Rusiya” xüsusi uçuş dəstəsinin tərkibində İstanbula göndərilməyə hazır vəziyyətdədir. Yük təyyarələri FTX-yə (Federal Təhlükəsizlik Xidməti) məxsus zirehli avtomobillərin daşınması üçün nəzərdə tutulub.

Dünənə qədər bəzi mənbələr Putinin Türkiyəyə səfər planlaşdırmadığını iddia etsələr də, bu gün onun bir sıra görüşləri ləğv edilib və təqvimi dəyişdirilib.

Görünən odur ki, hazırda Putinin Tramp ilə gizli rabitə vasitəsilə danışıqları davam edir və bu dialoqun nəticəsi onların şəxsi görüşünün baş tutub-tutmayacağını Kreml jurnalistlərinin sözlərinə görə, İstanbuldakı danışıqlarda Rusiyadan kimin iştirak edəcəyi ilə bağlı sualın cavabı yaxın saatlarda açıqlanacaq və bu, bir çoxları üçün gözlənilməz olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top