NATO-nun baş katibi: “Ukrayna ətrafında vəziyyət sürətlə yaxşılaşacaq”

DÜNYA 14 may 2025, 22:20
Yaxın 14 gün ərzində Ukraynadakı münaqişənin həlli üçün fürsət pəncərəsi  açılacaq. 

Demokrat.az
xəbər verir ki, bu proqnozu  NATO-nun baş katibi Mark Rutte bildirib.

Rutte bildirib ki, növbəti 10 gün, iki həftə ərzində Ukrayna ətrafında vəziyyəti həqiqətən yaxşılaşdırmaq imkanı var.

O hesab edir ki, Ukrayna hakimiyyətinin, eləcə də ABŞ və Türkiyə rəhbərliyinin hərəkətləri münaqişənin həllinə töhfə verəcək. 

NATO-nun baş katibi əlavə edib ki, ABŞ prezidenti Donald Tramp artıq ölkələr arasında danışıqlar prosesini inkişaf etdirməyə nail olub.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top