Biznes qura biləcəyiniz Avropa ölkələri: Vergilər çox aşağıdır…

DÜNYA 14 may 2025, 23:00
İqtisadi dalğalanmalar, yüksək inflyasiya və faiz dərəcələri bir çox insanı Avropada biznes qurmağın daha məntiqli olduğunu düşünməyə vadar edir. Bu çətinliklər imkanları çətinləşdirsə də, bəzi ölkələrdə sahibkarlığa böyük önəm verilir. 

Araşdırmalara görə, 2025-ci ildə biznesə başlamağın daha asan olacağı Avropa ölkələri müəyyənləşib:  

Estoniya

Elektron rezidentura sayəsində siz rəqəmsal infrastruktura malik Estoniyada onlayn şirkətinizi asanlıqla yarada bilərsiniz. 

Hollandiya

Hollandiya həm strateji yeri, həm də yüksək ixtisaslı işçi qüvvəsi sayəsində texnologiya şirkətlərinin sevimlisidir. 25,8% korporativ vergiyə baxmayaraq, vergi güzəştləri və dəstək proqramları kifayət qədər güclüdür.

Danimarka

Bu ölkə biznesin asanlığına görə dünyada birinci yerdədir. Şirkət qeydiyyatı onlayn və sürətlidir, korporativ vergi 22% təşkil edir. Etibara əsaslanan biznes mədəniyyəti və çevik əmək bazarı ilə seçilir.

İrlandiya

İrlandiya da aşağı korporativ vergi və rəqəmsal infrastruktura görə biznes qurmaq istəyənlər üçün cəlbedici ölkələrdən biridir. “Enterprise Ireland” hər il yüzlərlə startapı dəstəkləyir. İngilis dilli ölkə olması da müsbət tərəflərindən biridir.

Bolqarıstan

Bu ölkə 10% korporativ vergi dərəcəsi ilə Avropada ən aşağı dərəcələrdən birinə malikdir. Əmək xərcləri aşağıdır və şirkətin yaradılması cəmi bir neçə həftə çəkir. Ancaq korrupsiya riski nəzərə alınmalıdır.

İngiltərə 

Böyük Britaniya hər il 360 mindən çox müəssisənin qurulduğu bazardır. Onlayn şirkətin qurulması 24 saat ərzində tamamlana bilər. Ölkə geniş maliyyə imkanları, güclü hüquq sistemi və müxtəlif vergi güzəştləri təklif edir.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top