Netanyahudan etiraz: “Makron HƏMAS-ı dəstəkləyir”

DÜNYA 14 may 2025, 21:37
Fransa prezidenti Emmanuel Makronun İsraillə bağlı fikirləri rəsmi Parisin Fələstində HƏMAS hərəkatını dəstəklədiyini deməyə əsas verir.

Demokrat.az
xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

İsrail hökumətinin başçısı qeyd edib ki, yəhudi dövləti girovların azad edilməsi, HƏMAS-ın məhv edilməsi və Qəzza zolağında təhlükələrin aradan qaldırılması üçün səylərini davam etdirəcək.

Xatırladaq ki, dünən Makron Netanyahunu İsrailin Qəzzaya humanitar yardım göndərilməsini əngəlləməsi ilə bağlı utancverici davranışda günahlandırmışdı.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top