Rusiyadan yeni qərar: "Qeyri-halal məhsulların çatdırılması İslam qaydalarına zidd deyil"

DÜNYA 14 may 2025, 21:29
Rusiya Müsəlmanları Ruhani Məclisinin (DSMR) Şurası bəyan edib ki, müsəlman kuryerlərə İslamda qadağan olunmuş məhsulları müştərilərə çatdırmaq qadağan deyil. 

Demokrat.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilib ki, burada heç bir qadağa yoxdur, çünki taksi sürücüsü və ya kuryer müştərinin sifarişində nə olduğunu belə bilməyə bilər.

Şura qeyd edib ki, situasiyaları absurdluq həddinə çatdırmağa ehtiyac yoxdur.

Qeyd edək ki, bir neçə gündür Moskvada kuryerlər donuz əti və digər “haram” məhsulları çatdırmaqdan imtina edirlər.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top