Sumqayıtda partlayış baş verən binanın bəzi sakinləri onlara yardım edilməməsindən şikayətçidirlər. Onlar həmçinin evlərinə qayıtmaq istəyirlər.
Demokrat.az Xəzər TV-yə istinadən məlumat verir ki, ötən il dekabrın 3-də Sumqayıtın 13-cü mikrorayon ərazisində partlayış baş verib. Bina sakinləri isə təhlükəsizlik səbəbi ilə kirayə haqqı ödənilərək başqa ərazilərə köçürülüb. Lakin hadisədən 6 ay keçməsinə baxmayaraq, 35 ailədən yalnız 15-nə maddi yardım verilib. Digər ailələr isə hələ də kömək gözləyirlər.
Partlayışın yaratdığı çətinliklər ailələri çarəsiz vəziyyətdə qoyub. Onlar 6 ayın tamamında mənzillərinə qayıda bilməyəcəklərindən narahatdırlar.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, binanın yararsız olan girişi söküləcək. O da qeyd olunub ki, partlayış baş verən bina 6 girişdən ibarətdir. Hazırda binanın birinci girişində yaşayan sakinlər müvəqqəti olaraq kirayə mənzillərlə təmin olunublar. Həmin ailələrin hər birinə 6 aylıq kirayə xərcləri ödənilib.
Ətraflı süjetdə: