Güclü külək Bakıda ağacı avtomobillərin üzərinə aşırıb

HADİSƏ 14 may 2025, 14:37
Bakının Nəsimi rayonunun 28 may küçəsində güclü külək ağacı avtomobillərin üzərinə aşırıb.

"Report" xəbər verir ki, hadisə nəticəsində hərəkətdə olan iki avtomobilə ziyan dəyib.

Xəsarət alan olmasa da, yolda avtomobillərin hərəkəti məhdudlaşıb.

Qeyd edək ki, bu gündən başlayan küləkli hava şəraiti mayın 17-dək davam edəcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top