Latviya Respublikasının nümayəndə heyəti ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub — FOTOLAR

XARİCİ SİYASƏT 14 may 2025, 17:11
Azərbaycanda işgüzar səfərdə olan Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov arasında görüş keçirilib. 

Görüş zamanı Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının növbəti iclasının bu ilin payızında keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub, eyni zamanda ətraf mühitin mühafizəsi, meşə təsərrüfatı sahəsində birgə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.






SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top