Qaradağ rayonu, Ələt qəsəbəsində 15 yaşlı qıza restoranda toy edilib. Bu cinayətin üstü toy məclisindən sonra açılıb. Hadisə ötən ilin oktyabr ayında baş verib. 27 yaşlı şəxslə 15 yaşlı qızın toy məclisi "Qobustan" şadlıq sarayında baş tutub. Qızın 15 yaşı tamam olmadığı halda toy məclisinin keçirilməsinə hər iki ailə üzvləri razılıq veriblər.
Sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda erkən nikah məsələsi ciddi hüquqi və sosial problem olaraq qalır:
“Valideynlərin köhnə stereotiplərlə uşaqları nikaha məcbur etməsi həm Konstitusiyaya, həm də Ailə və Cinayət Məcəlləsinə ziddir. Qanunvericiliyə görə, valideynin hüquqları uşağın mənafeyinə zidd ola bilməz.
Uşaqları erkən nikaha məcbur edən valideynlər Cinayət Məcəlləsinin 176.1 və 152-ci maddələri əsasında məsuliyyətə cəlb edilə bilər. Bu, 4 ilədək azadlıqdan məhrumetmə və ya 3000-4000 manat cərimə ilə nəticələnə bilər.
Əgər bu erkən nikah 15 yaşa çatmamış qıza qarşı edilirsə, məsuliyyət daha da ağırlaşır. Belə halların ictimailəşdirilməsi və cəzaların sərtləşdirilməsi vacibdir ki, digər valideynlər də bu əməllərdən çəkinsin”.
Sosioloq qeyd edib ki, erkən nişan və adaxlanma mərasimlərinə qarşı da oxşar hüquqi tədbirlərin görülməsi təklif olunur:
“Maarifləndirmə və hüquqi mexanizmlərin gücləndirilməsi sayəsində bu cür hallar qarşısı alınmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah yaşı 18-dir və bu yaşdan aşağı nikahlar qanunsuz sayılır. 2024-cü ildə edilmiş dəyişikliklə, üzrlü səbəblərlə nikah yaşının azaldılması imkanı da ləğv olunmuşdur. Bu yanaşma həm hüquqi tədbirlərlə, həm də maarifləndirici tədbirlərlə erkən nikahların qarşısının alınmasına xidmət etməlidir”.
Leyla Turan
Demokrat.az