Müəllimlərin sertifikasiya imtahanlarının tarixləri AÇIQLANDI

SOSİAL 14 may 2025, 18:30
İnsan Resursları Mərkəzi müəllimlərin sertifikatlaşdırılması prosesi ilə bağlı yeni məlumat yayıb.

Demokrat.az xəbər verir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində təşkil olunacaq.

İnsan Resursları Mərkəzindən bildirilib ki, test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

Portal.edu.az platformasının “Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat videosuna keçidə daxil olaraq baxa bilərsiniz: //youtu.be/lpLKFasQtm4

Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top