“Kimsə bizim mövqeyimizdən narazıdırsa, diqqətlə baxsın”

XARİCİ SİYASƏT 10 may 2025, 12:44
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan və Hindistan arasında gərginlikdən danışıb.
 
“Qafqazinfo” xəbər verir ki, nazir bu barədə jurnalistlərə açıqlamasında bildirib.
 
O qeyd edib ki, Azərbaycan tərəfinin bu mövzuda mövqeyi beynəlxalq hüquqa əsaslanır: “Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bu son gərginliyin başlanma səbəbi var. Bu səbəb də onunla bağlıdır ki, Pakistan ərazisinə zərbələr endirilməyə başlanılıb. Biz bunu pislədik, qəbuledilməzliyini bəyan etdik. Eyni zamanda biz hər iki tərəfi məsələni siyasi-diplomatik səviyyədə həll etməyə çağırmışıq. Kimsə bizim mövqeyimizdən narazıdırsa, diqqətlə baxsın. Hesab edirəm ki, bizim yanaşmamız çox məntiqlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top