İran Beynəlxalq Atom Enerjisi Agentliyini (MAQATE) uranın zənginləşdirmə səviyyəsini 93%-ə çatdırmaqla hədələyib.
Demokrat.az xəbər verir ki, bu barədəIRNA məlumat verir.
İran parlamenti MAQATE-nin baş direktoruRafael Qrossiyə rəsmi müraciət ünvanlayıb.
Müraciətdə deyilir ki, İranın nüvə tədqiqatı və inkişafı ilə bağlı heç bir məhdudiyyəti yoxdur və uranı elmi, tibbi və sənaye ehtiyaclarına uyğun olaraq 93 faizə qədər zənginləşdirmək hüququ var.
Sənəddə həmçinin vurğulanır ki, MAQATE İran əleyhinə siyasət yürütməməlidir.
Əfsanə Kamal Demokrat.az


