Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə cinayəti ilə bağlı məhkum edilmiş polkovnik Mahir Şirvanovun cəzası azaldılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə belə qərar çıxarıb.
Üst instansiya məhkəməsi Şirvanovun kassasiya şikayətini qismən təmin edib. Onun cəzası 6 ildən 5 ilə endirilib.
Xatırladaq ki, 143 milyonluq cinayətin üstü Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaqla açılıb. Yeyintiyə görə general-mayor Nizami Məmmədov da daxil olmaqla, çoxsaylı zabit cinayət məsuliyyətinə cəlb edilib.
Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Mahir Şirvanov da daxil olmaqla, üç polkovnikə üzərlərinə düşən ziyanı ödədikləri üçün sanksiya həddindən aşağı cəza verilib.