Həkim: “Vaksinsiz xəstəliklə üz-üzə qalmaq daha qorxuludur”

SOSİAL 14 may 2025, 15:30
Türkiyəli həkim Nur Baran Ağsakal deyib ki, son illər dünyada peyvənddən imtina hallarının artması riskli hal alır. O, peyvəndin hər il milyonlarla insanın həyatını xilas etdiyini vurğulayıb.
Bəs ölkəmizdə bununla bağlı vəziyyət necədir?

Bununla bağlı pediatr Xəyalə Quliyeva Demokrat.az-a açıqlamasında bildirib ki, həqiqətən də peyvənd xəstəliklərin daha yüngül keçməsinə, bəzən isə heç yoluxmamasına kömək edir:

“Eyni zamanda bir qrup uşaq var ki, onlara peyvəndlər əks təsir göstərir. Məhz sağlam uşaqların vaksin olunması həmin bu uşaqlar üçün də qoruyucu rol oynayır. Yəni bu uşaqlar özləri vaksin ala bilməsə də, ətrafdakı uşaqların vaksin olunması onları da dolayısı ilə qoruyur. Bu səbəbdən mən pediatr kimi, təbii ki, peyvəndi mütləq hesab edirəm. 

Valideynlərin əsas qorxusu isə peyvənddən sonra ola biləcək reaksiyalardır. Məsələn, hərarətin qalxması və ya yüngül narahatlıqlar. Amma buradan onlara tövsiyə edirəm ki, bunlardan qorxmasınlar. Çünki vaksinsiz həmin xəstəliklə üz-üzə qalmaq daha qorxuludur”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top