"PKK özünü ləğv etmək barədə həqiqətən səmimidirsə, Türkiyə dövlətini aldatmaq, güc toplamaq üçün bəhanə deyilsə, bu, çox önəmli qərardır. Bu problem aradan qalxarsa, Türkiyə dövlətinin xarici siyasətindəki əsas problemlərdən biri aradan qalxmış olacaq. Türkiyə öz milli maraqlarını təmin etmək üçün daha yaxşı və effektiv addımlar atacaq. PKK Türkiyənin başına gətirilən elə bir oyun idi ki, xarici siyasət prioritetləri sərhədlənirdi. Çünki daxili təhlükəsizliyi təmin etmək bir dövlətin əsas problemidir. Türkiyə buna görə də bütün gücünü PKK-a yönəldirdi".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Həşim Səhrablı deyib.
O bildirib ki, artıq Türkiyənin özündə də bəzi fikirlər yayılmağa başlayır ki, bu bir siyasi aldatma ola bilər:
"Çünki PKK rəhbərləri bundan öncə də dəfələrlə təşkilatı buraxmaq barədə danışırdılar. Ən əsas bunu nəzərə almaq lazımdır ki, PKK bir dövlət və ya rəsmi təşkilat deyil, terror təşkilatıdır. Terror təşkilatları beynəlxalq hüquq baxımından qanunən qadağandır. Ona görə də bu razılaşmalarda qanuni tərəfdən bəhs etmək mümkün deyil. Terror təşkilatı rəhbərinin verdiyi sözün heç bir hüquqi əsası yoxdur".
Politoloqun sözlərinə görə, indi gözləməyə ehtiyac var:
"Bu müddət 1 həftə, 1 ay və ya daha uzun çəkə bilər. Əgər bu bir siyasi oyundursa, Türkiyəyə bir yol qalır. Bu da harada olmasından asılı olmayaraq PKK-nı olduğu hər yerdə məhv etmək üçün hərbi əməliyyatlara başlamaqdır.
Əks halda da PKK tərəf statusuna yiyələnməməli, terror təşkilatı kimi qalmalı, rəhbərlik edənlər cinayət məsuliyyətinə cəlb edilməli, hərbi-texniki baza Türkiyəyə təhvil verilməlidir. Bütün bunlar həyata keçdikdən sonra deyə bilərik ki, Türkiyə dövləti əmin addımlarla xarici siyasətə və milli maraqlara fokuslanacaq".
Əfsanə Kamal
Demokrat.az