
Bir nəfərin avtomobil yandırması barədə sosial mediada paylaşılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb və hadisənin mayın 11-də Xəzər rayonu ərazisində baş verdiyi məlum olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirib.
O qeyd edib ki, əməli törətməkdə şübhəli bilinən M.Əfəndiyev müəyyən olunaraq saxlanılıb:
"Araşdırmalarla onun 1 il əvvəl aldığı “Fiat Doblo” markalı avtomobilin sahibinə borclu qaldığı 1000 manatı qaytara bilmədiyinə görə nəqliyyat vasitəsini qəsdən yandırması müəyyən edilib.
Faktla bağlı Xəzər RPİ 1-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir".
Qeyd edək ki, Murad Əfəndiyev ehtiyatda olan baş leytenantdır.