Sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. İddialara görə səs yazısında o, “Son zəng” üçün pul yığılmasını tələb edir və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edir. Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəssisəsinin direktoru vəzifəsindən azad edilib.
Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında bildirib ki, bu kimi halları zaman-zaman görürük:
“Məktəblə bağlı müəyyən informasiyalar kütləvi informasiya vasitələrində yer almaqdadır. Dəqiq və təsdiqlənmiş faktlar əlimdə olmasa da, ümumi mənzərə əsasında fikrimi bildirmək istərdim. Təəssüflə qeyd etmək lazımdır ki, bəzi təhsil müəssisələrində bu cür xoşagəlməz hallar yaşanır və cəmiyyət tərəfindən də haqlı olaraq tənqid olunur. Əgər hər hansı məktəbdə valideynlərdən məcburi şəkildə pul yığılırsa, bu, tamamilə yolverilməzdir. Təhsil müəssisəsi yalnız könüllü ianə formasında, şəffaf şəkildə və valideynlərin istəyi ilə müəyyən dəstəklər ala bilər”.
Ekspert əlavə edib ki, hansısa valideyn öz təşəbbüsü ilə məktəbin inkişafına töhfə vermək istəyirsə, bu, mümkün və qanunidır:
“Lakin konkret məbləğ təyin edilərək bütün valideynlərdən ödəniş tələb olunması qətiyyən qəbulolunmazdır. Əgər qeyd etdiyiniz kimi, konkret bir məktəbdə direktor tərəfindən bu cür hal baş veribsə və artıq müvafiq qurum tərəfindən tədbir görülərək o şəxs vəzifəsindən azad edilibsə, bu, müsbət bir addımdır. Düşünürəm ki, belə hallara yol verən şəxslərə qarşı aidiyyəti qurumlar tərəfindən sərt tədbirlər görülməlidir. Bu cür addımlar digər təhsil müəssisələrinə də bir mesaj olmalı və gələcəkdə bu tip halların qarşısını almağa xidmət etməlidir”.
Leyla Turan
Demokrat.az