Hərbi helikopter qəzaya uğradı: Ölənlər var

DÜNYA 09 may 2025, 16:37
Şri-Lankada Hərbi Hava Qüvvələrinə məxsus bir helikopterin qəzaya uğradığı məlum olub.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayımlayıb.

Hadisə zamanı 6 hərbi qulluqçunun həyatını itirdiyi bildirilib.

Məlumata görə, “Bell 212” model helikopter ölkənin mərkəzində yerləşən Maduru Oya su anbarına düşüb. Helikopterdə ümumilikdə 12 hərbi qulluqçu olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top