Ukrayna parlamenti təsdiqlədi: Mineral sazişi qüvvəyə minib

DÜNYA 08 may 2025, 21:15
Ukrayna parlamenti cümə axşamı ABŞ ilə imzalanmış mədən sazişini təsdiqləyib.

Demokrat.az
xəbər verir ki, Kiyev bu addımın Vaşinqtondan hərbi yardıma yol açacağına  ümid edir.

Bəzi millət vəkillərinin sazişlə bağlı qeyd-şərtləri olsa da, saziş 338 səslə təsdiq edilib, əleyhinə səs verilməyib. Kiyev Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş ərazilərin tanınması və daimi neytrallıq tələblərinə qəti şəkildə qarşı çıxır.

Ukrayna iddia edir ki, bu şərtləri qəbul etmək təslim olmaq və ölkəni müdafiəsiz qoymaq deməkdir.


Əfsanə Kamal
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top