"Cənab Prezidentin Moskvaya səfər etməyəcəyi ilə bağlı müxtəlif informasiya agentliklərində, rəsmi mənbələrdə məlumata rast gəlmişik. Səbəb konkret olaraq göstərilməsə də, qərar verilən zaman bütün məsələlər nəzərdən keçirilir. Son zamanlar Rusiya ilə Azərbaycan münasibətlərində müəyyən meyillər özünü biruzə verməkdədir. Bu meyillər xüsusilə siyasi müstəvidə təmsil olunan bəzi anti-Azərbaycan mövqeyində olanların istifadə etdiyi normativlər üzərində qurulur. İkitərəfli münasibətlərdə çox saylı suallar var".
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov deyib.
Deputat bildirib ki, suallardan biri bilavasitə Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin raket zərbəsindən sonra Aktauya yaxın hava limanında düşməsi ilə bağlıdır:
"Rusiya istintaq tədbirlərinin getdiyini bəyan etsə də, nəticələr haqqında indiyə qədər açıqlama yoxdur. Halbuki fevral ayında artıq Qazaxıstan ilkin, qərəzsiz nəticələri açıqlamışdı. Açıq-aydın bəlli olurdu ki, Azərbaycana məxsus təyyarə Qroznı üzərində raketlə vurulub. Qəlpələr isə təyyarənin göyərtəsində rahatlıqla aşkar edilirdi. Rusiya tərəfi bildirdi ki, bu, ilkin hesabatdır və yekun nəticəni gözləmək lazımdır. Həmin vaxta qədər dövlət səviyyəsində hər hansı addımın atılmasına şahid deyilik".
Deputat qeyd edib ki, 2022-ci il fevral ayının 22-də Rusiya ilə strateji müttəfiq qarşılıqlı əlaqə barədə bəyannamə imzalamışıqsa, ən azından müttəfiqlik xarakterinə uyğun olan sənədin fəlsəfəsinə uyğun olaraq Rusiya tərəfi məsələyə dərhal reaksiya verməli idi:
"Əksinə, fevral ayında Azərbaycana qarşı kiberhücumlar oldu. Milli Məclisdə xarici müdaxilələr və hibrid hücumlarla bağlı komissiya fəaliyyət göstərir. Bu komissiyanın dərc elədiyi hesabatdan aydın olur ki, hücumlar Rusiyanın müəyyən dairələrinə yaxın olan siyasi qruplar tərəfindən edilib. Milli Məclisin deputatı Azər Badamovun ölkə ərazisinə buraxılmaması maraqlı gedişata səbəb oldu. 17 gün öncə həmin ölkəyə səfər edən bir şəxsin daha sonra ölkəyə buraxılmadı. Əgər bu bilavasitə Valuyevin cavabının Azər Badamov tərəfindən verilməməsi ilə bağlıdırsa, nə üçün may ayında belə qərar verilib? Halbuki, həmin hadisə fevral ayında baş verib. Bütün bunlar göstərir ki, bəzi məsələlər mütləq araşdırılmalı, mövqe bildirilməlidir. Bu kimi hallar münasibətlərin müxtəlif müstəvilərdə inkişaf etdirilməsi üçün əngəl yaratmamalıdır. Rusiya daha konstruktiv addımlar atmaqla Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsi üçün şərait yaratmalıdır. Bu gün Azərbaycan prosesi uğurla həyata keçirir, lakin, qonşu dövlətlər də buna əməl etməlidir".
Əfsanə Kamal
Demokrat.az