Rusiya prezidenti Putin Çeçenistanın rəhbəri Ramzan Kadırovun istefasını qəbul etməyib.
Demokrat.az bildirir ki, bu barədə Kadırov açıqlama verib.
“Mən Ali Baş Komandanın əmrini yerinə yetirirəm!” – Çeçenistan rəhbəri yazıb.
Qeyd edək ki, R.Kadırov dünən Çeçenistan başçısı vəzifəsindən mümkün istefası barədə paylaşım edib. “Bu gün mən prezidentdən soruşacağam. O nə desə, belə də olacaq. Seçkilər yaxındadır. Soruşacağam. Amma niyə də olmasın? Biz hər şeyi etdik, hər şeyi qurduq. Kiminsə hər hansı problemi varsa, biz qayıdacağıq! Amma yenə deyirəm: qərar verən mən deyiləm!”