Tramp 8 mayı Qələbə Günü elan etdi

DÜNYA 07 may 2025, 22:02
ABŞ Prezidenti Donald Tramp 8 may tarixinin İkinci Dünya müharibəsində Qələbə Günü elan edilməsi barədə göstəriş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayımlanan məlumatda qeyd olunub.

Tramp bəyanatda "müttəfiqlərin nasional-sosializm və faşizm üzərində qələbəsini" vurğulayaraq, ABŞ-nin İkinci Dünya müharibəsində təxminən 250 min nəfər itki verdiyini xatırladıb.

"Əgər ABŞ əsgərlərinin bu fədakarlığı olmasaydı, müharibə qazanılmazdı və bugünkü dünyamız tamamilə fərqli görünərdi", - deyə Tramp bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top