İsrail ordusu bu paytaxt hava limanını darmadağın etdi

HƏRBİ 06 may 2025, 23:01
İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Sənada hava limanını tamamilə dağıdıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Kan dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Qeyd olunub ki, husilərə yaxın iki mənbə Sənadakı hava limanının tamamilə dağıdıldığını bildirib.

İsrail Müdafiə Qüvvələri hamını Yəmənin paytaxtı Sənadakı beynəlxalq hava limanını və ətraf rayonları dərhal tərk etməyə çağırıb.

Səna ölkənin şimalını idarə edən Ənsar Allah (Husi) hərəkatının nəzarətindədir.

Beynəlxalq hava limanına endirilən aviazərbələr nəticəsində güclü partlayışlar baş verib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top