YapiKredi Müraciət Forması
Hərbi

"Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimi başa çatıb

Şahinlərin Görüşü-2026 birgə taktiki-uçuş təlimi başa çatıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin Hərbi Hava Qüvvələrinin aviasiya və hava hücumundan müdafiə vasitələrinin iştirakı ilə ölkəmizdə keçirilən "Şahinlərin Görüşü-2026" birgə taktiki-uçuş təlimi yekunlaşıb.

Müdafiə Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı hər iki ölkənin hərbi qulluqçuları yüksək döyüş hazırlığı nümayiş etdirərək, qarşıya qoyulmuş tapşırıqları dəqiqliklə yerinə yetiriblər.

Qeyd edək ki, təlim çərçivəsində iştirakçıların göstərdikləri peşəkarlıq döyüş effektivliyinin və qarşılıqlı uzlaşmanın artırılmasında mühüm rol oynayıb.

B
Qeyd edilməyib