YapiKredi Müraciət Forması
Region

Daha bir şəhərdə Karapetyanın qruplaşmasına qarşı əməliyyat keçirildi: həbs olunanlar var

Daha bir şəhərdə Karapetyanın qruplaşmasına qarşı əməliyyat keçirildi: həbs olunanlar var

Stepanavanda (tarixi Azərbaycan şəhəri Cəlaloğlu – red.) tərəfdarlarının evlərində axtarışlar aparılır və həbslər həyata keçirilir.

Demokrat.az xəbər verir ki, Ermənistanın 46 icmasında yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Cəlaloğlu müxalifət partiyasının namizəd irəli sürdüyü yeganə icmadır.

Bu səhərdən etibarən Cəlaloğluda "Güclü Ermənistan" partiyasının tərəfdarlarına qarşı genişmiqyaslı axtarışlar və həbslər həyata keçirilir.

Xatırladırıq ki, bu barədə fraksiyanın deputatı Andranik Gevorkyan məlumat verib.

Cəlaloğluda yerli özünüidarəetmə orqanlarına seçkilər oktyabrın 25-də keçiriləcək.

Məlumata görə, şəhərdə saxlanılanlar arasında "Güclü Ermənistan" partiyasını təmsil edən icma rəhbərliyinə namizəd Arsen Gevorkyan da var. Bu barədə həmin fraksiyadan olan deputat Areqa Hovsepyan məlumat verib.

O qeyd edib ki, həmin şəxs partiyanın saxlanılan 14 üzvü və tərəfdarından biridir.

"Onları Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparıblar", – deyə Hovsepyan bildirib.

Tarixi arayış:

Cəlaloğlu – Tiflis quberniyasının Borçalı qəzasında kənd. İndi Ermənistan adlanan respublikada inzibati rayon və rayon mərkəzi, şəhər tipli qəsəbə.

Rayon ərazisi IX–X əsrlərdə Loru hakimiyyəti altında olub. 1089–1125-ci illərdə rayonun ərazisi gürcü çarı Davidin hakimiyyətinə tabe olub. 1801-ci ildə Gürcüstanın Rusiya tərəfindən işğalından sonra rayonun ərazisi Tiflis quberniyasının tərkibində Rusiyanın tabeliyinə keçib.

1919-cu ildən 1920-ci ilin noyabrınadək Loruya daxil olmuş, indiki Ermənistanda 1920-ci il noyabrın 29-da sovet hakimiyyəti qurulduqdan sonra Loru-Pəmbək qəzasının tərkibində Ermənistanın tabeliyinə verilib. 1930-cu il sentyabrın 9-da Cəlaloğlu rayonu yaradılıb. İrəvan xanlığı və Borçalı regionuna erməni köçü başlamamışdan əvvəl əhalisinin 99%-i Azərbaycan türklərindən ibarət olub.

Toponim qızılbaşların tayfasından olan Əmir Məhəmməd bəy Calaloğlunun adı əsasında yaranıb. Məhəmməd bəy Calaloğlu Gürcüstan padşahı Lavasanı (Kartli hakimi Luarsab) qətlə yetirmiş və Şirvanda özünü öldürüb.

Həmin kənd (Cəlaloğlu kəndi) çəpni türk tayfasının əmiri Məhəmməd bəy Calaloğluna mənsub olduğu üçün Cəlaloğlu kəndi adlanıb.

Alparslan

Editor
Redaktor