Avropa İttifaqı Moldova, Ukrayna və Ermənistanı öz sıralarına daxil etmək üçün planlar hazırlamağa başlayıb və bu planlar birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təhdid yaradır.
Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Qriqori Karasin bildirib.
O, vurğulayıb ki, Avropa İttifaqının daha da genişlənməyə dair istəklərini nəzərə alınmalıdır.
"Onlar (Avropa İttifaqı - red.) Moldova, Ukrayna və Ermənistan kimi keçmiş sovet respublikalarını öz tərkibinə qatmaq üçün planlar hazırlamağa başlayıblar. Bu planlar Rusiyanın strateji təhlükəsizliyinə birbaşa təsir göstərir", – deyə Karasin sözlərinə əlavə edib.
Xatırladırıq ki, AİƏT və KTMT üzvü olan Ermənistanın qərbə meyillənməsi Kremlin ciddi narazılığı ilə üzləşib və Rusiya rəhbərliyi bu məsələni aydınlaşdırmaq üçün Ermənistan hakimiyyətindən referendum keçirməyi tələb edir.
Alparslan


