ABŞ “yaşıl göbələk” infeksiyası (Aspergillus) barədə xəbərdarlıq edib.
Demokrat.az Globalinfo.az-a istinadən zəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti yazıb.
Bildirilib ki, sözügedən infeksiyanın yayılmasını asanlaşdıran iqlim dəyişikliyi səbəbindən milyonlarla insanın sağlamlığı təhlükədədir.
“Hər il milyonlarla insan bu infeksiyaya yoluxur. Elm adamlarının hesablamalarına görə, 2100-cü ilə qədər ölkələr qalıq yanacaqlardan istifadə etməyə davam edərsə, göbələk yeni ərazilərin 77%-nə yayıla bilər. Mütəxəssislərin fikrincə, temperaturun yüksəlməsi potensial həyati təhlükə törədən patogenlərin, o cümlədən dərmanlara davamlı olan göbələk infeksiyalarının coğrafiyasını artıracaq”, – deyə bildirilib.
Paralel olaraq, elm adamları dünyanın indi təhlükəli patogenlərin yayılmasında “dönmə nöqtəsinə” yaxınlaşdığını vurğulayıb:
“Qeyd edilən infeksiya immuniteti zəif olan insanlar üçün xüsusilə risklidir”.