Azərbaycan komandası “TEKNOFEST-2025”də birinci yer tutdu

GÜNDƏM 03 may 2025, 21:37
Şimali Kipr Türk Respublikasında keçirilən "TEKNOFEST-2025"də Azərbaycanı təmsil edən "Qızıl Qaya" komandası birinci yerə layiq görülüb.

Demokrat.az "Report"a istinadla xəbər verir ki, Azərbaycan komandasına mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

"Qızıl qaya" komandası turizm kateqoriyasında birinci yeri tutub.

Qeyd edək ki, 11-ci "TEKNOFEST-2025" festivalı mayın 4-dək davam edəcək. Festival Şimali Kipr Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) tərəfindən dəstəklənir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top