Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveytə səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın III iclasında iştirak və çıxış edib.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.
Toplantıda çıxış edən nazir Ceyhun Bayramov iqtisadi, ticari, investisiya, energetika, nəqliyyat mübadiləsi və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün önəmli potensialın mövcudluğunu vurğulayıb.
İclas zamanı Azərbaycanın Küveyt Dövləti ilə əlaqələrin genişləndirilməsində, habelə ümumi prioritetlərin uzunmüddətli nailiyyətlərə çevrilməsində maraqlı olduğu vurğulanıb
Yekunda Komissiyanın III iclasının protokolu, eləcə də 2025-2027-ci illər üçün əməkdaşlıq üzrə yol xəritəsi qəbul olunub.