“Zelenski ABŞ-nin düşmənidir” — Karlson

DÜNYA 30 aprel 2025, 21:06
Məşhur amerikalı jurnalist Taker Karlson Ukrayna lideri Volodimir Zelenskini ABŞ-nin düşməni adlandırıb.

Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Meqin Kelliyə müsahibəsində bildirib.

“Zelenski ABŞ-nin düşmənidir və onun rejimi bir sıra insanlara, o cümlədən tanınmış mühafizəkarlara qarşı sui-qəsd cəhdlərində iştirak edir”, - o vurğulayıb.

Karlsonun fikrincə, Zelenski hökuməti “son dərəcə qəddardır”, çünki digər şeylərlə yanaşı, Kiyev Amerika silahlarını “şübhəli qruplara” yenidən satır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top