İtaliya ilə birgə fəaliyyətin prioritet istiqamətləri müzakirə edilib

İQTİSADİYYAT 30 aprel 2025, 22:18
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və "Made in İtaly" naziri Adolfo Urso ilə videkonfrans formatında görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Görüşdə İtaliya ilə dostluğa və strateji tərəfdaşlığa əsaslanan iqtisadi əməkdaşlığın inkişaf etdiyi vurğulanıb.

İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu qeyd edilib. Bir çox İtaliya şirkətlərinin ölkəmizdə sənaye, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. İqtisadi əlaqələrin daha da gücləndirilməsi üçün geniş imkanların olduğu bildirilib.

Tərəflər ticarət, sənaye və digər sahələrdə əməkdaşlığın artırılması, biznes subyektlərinin işbirliyi və qarşılıqlı investisiya layihələri barədə fikir mübadiləsi aparıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top